Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq etdi

img

29-12-2014 [17:26]


Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Mia.az FHN-ə istinadla verdiyi məlumata görə, Yeni il bayramında yanğın təhlükəsizliyi tədbirləri xeyli artır. Bu səbəbdən, bəzi təhlükəsizlik qaydalarını hər birimiz bilməliyik:

Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır;
küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməlidir;
ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalıdır;
küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir!

Həmçinin, bayram şənliklərində bunlar nəzərə alınmalıdır:

şənliklər ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməlidir;
otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı olmalıdır;
məkanın iki çıxış qapısı olmalıdır;
ehtiyat qapı üzərində "Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalıdır;
otağın qapıları mütləq bayıra açılmalıdır;
dəmir barmaqlıqlı pəncərəsi olan otaqda Yeni il şənliyi keçirilməməlidir;
şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalıdır;
şənlik zamanı işıq tam söndürülməməlidir;
şənliyə pambıq, tənzif, kağız və bu cür tezalışan materialdan paltar geyinilməməlidir;
şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Unutmayın:

Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA