Azərbaycanda hüquq müdafiəçisinə sui-qəsd-güllələnmə

img

29-12-2014 [13:28]


  

   Sosial Hüquqların Monitorinq Qrupunun və Türk Dünyası Problemləri İnstitutunun mətbuat xidmətləri tərəfindən bu gün səhər saatlarında redaksiyamıza verilən məlumata görə hər iki quruma rəhbərlik edən tanınmış hüquq müdafiəçisi Azad İskəndərliyə sui-qəsd edilib. Sui-qəsd dünən axşam saatlarında Bakı şəhərində , Babək prospektində yerləşən "Sərin" şadlıq evinin önündə baş verib.(keçmiş maşın bazarının yanında) Azad bəy toy mərasimindən çıxarkən ona hərəkətdə olan BMV avtomobilindən "Vincesrt" markalı silahdan iki dəfə atəş açılıb. Azad bəy avtomobilinə yaxınlaşarkən atəş açıldığından hüquq müdafiəçisi yerə oturub. Verilən məlumata görə avtomobildə ciddi xəsarət var. Azad bəy heç bir xəsarət almamış, ağır şəkər xəstəsi olduğundan şəkəri qalxmış hal hazırda Şirvan şəhərindədir.Onunla nə qədər əlaqə saxlamaq istəsək də bizimlə danışmaq istəməyən hüquq müdafiəçisi özünün də hələ heçnə bilmədiyi haqqında məlumat verib.Həkim müayinəsi bittikdən sonra hüquq mühafizə orqanlarına rəsmi müraciət edəcəyini bildirib. Məsələnin çox da şişirdilməməsini tələb edib.Çünki bu məsələ gələcəkdə hüquq mühafizə orqanlarının işinə ziyan verəcəyini deyib. 

    

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA