Prezident 2015-2020-ci illər üçün Dövlət Proqramını təsdiq etdi

img

29-12-2014 [12:53]


Prezident İlham Əliyev Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramını təsdiq edib.


Ölkə başçısı 2014-cü il 26 dekabr tarixli Sərəncamını təsdiq edib. Dövlət Proqramının əsas məqsəd və vəzifələri sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi; qeyri-neft sənayesinin ixrac potensialının artırılması;
enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi; elmtutumlu və innovativ istehsalın genişləndirilməsi; yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanmasıdır.

Sənaye istehsalının dəstəklənməsi tədbirlərinin genişləndirilməsi; ənənəvi istehsal sahələrinin potensialının gücləndirilməsi; mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsinin dəstəklənməsi; sənayenin infrastruktur təminatının yaxşılaşdırılması; qeyri-neft sənayesinə yerli və xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması; qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi; sənaye müəssisələrində müasir menecmentin və korporativ idarəetmə prinsiplərinin tətbiqinin təşviqi; sənaye müəssisələrində standartlaşdırma və sertifikatlaşdırmanın təşviqi; sənaye müəssisələrinin markalanma, marketinq və reklam fəaliyyətlərinin dəstəklənməsi; sənaye müəssisələrində sağlam və təhlükəsiz iş yerlərinin yaradılması; sənayenin inkişaf etdirilməsi istiqamətində özəl sektorun iştirakı ilə son məhsulların istehsalınadək texnoloji zəncirlərin qurulması; yeni istehsal sahələrinin yaradılmasının dəstəklənməsi və s. Dövlət proqramının əsas vəzifələri kimi qoyulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA