Adı məmur ölümündə hallanan icra başçısı

img

29-12-2014 [12:11]


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun müəmmalı şəkildə ölməsi iə bağlı adı hallandırılan sözügedən rayonun icra başçısı Ceyhun Cəfərovla bağlı yeni məlumatlar yayılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin rayonlarda gedən abadlıq işlərinə cəlb edilən sahibkarların pullarının yerli icra hakimiyyətlərinin başçıları tərəfindən ödənilməməsi haqda xəbərdarlığına baxmayaraq, Ceyhun Cəfərovun «öz aləm»ində olması haqda ciddi məlumatlar var. Bununla yanaşı, onun rayonun büdcə təşkilatları rəhbərlərini abadlıq adıyla «yükləməsi» də ciddi narazılıq yaradıb.

Bu barədə «Reytinq»ə Kürdəmirdən daxil olan məlumata görə, rayon torpaq şöbəsinin müdiri Gülbala Əsədovun qəfil infakt keçirməsinin səbəbləri haqda yayılan xəbərlərdən Ceyhun Cəfərov əndişəyə düşüb: «Baxmayaraq ki, icra başçısı bu xəbərlərdən sonra isterik vəziyyətə düşərək, açıqlama verib, ölüm işində rolunu təkzib etməyə çalışıb. Amma onun şöbə müdirini qəbul etməsindən sonra bu hadisənin baş verməsi və ardıycan mərhumun rayonda aparılan abadlıq işlərinə sərf etdiyi qeyri-rəsmi vəsaitlər haqqında məlumatların dövriyyəyə buraxılması Ceyhun Cəfərova xoş heç nə vəd eləmir».

Bu barədə bizi məlumatlandıran mənbənin sözlərinə görə, Ceyhun Cəfərov Kürdəmirə yeni başçı təyin edilərkən bütün məmurları «süzgəc»dən keçirib:

«Rayona rəhbər təyinatından heç 8 ay ötməyib, amma Ceyhun Cəfərovun adı gah 100 minlik maşını ilə magistral yolda qəza törətməkdə, gah məmurları "yükləmək”də, gah da rayonda dövlət bayrağının yandırılmasında, gah da məmurların ölümündə və sair kimi neqativlikdə hallanıb. Bu adamın adı mətbuatda rayon əhalisinə qayğıdan, sosial-inkişaf proqramlarına töhvə və digər müsbət işlərdə yoxdur. Sanki rayon bunun şəxsi təsərrüfatıdır. O, rayona gələndə məmurları "süzgəc”dən keçirməklə işini bitmiş saymadı, eyni zamanda, rəhbər şəxslərin hər birinin üzərinə rayonda müəyyən abadlıq işlərini "yükləyib”. 

Mətbuatda gedən məlumatlardan da göründüyü kimi, icra başçısı torpaq şöbəsinin məhrum rəhbərinə də rayondakı "Heydər bulağı"nın ətrafını, "Dördyol" adlanan ərazidən Mollakənd istiqamətində yol kənarındakı səkilərini və digər işləri təmir etdirməyə məcbur edilib. Halbuki, bir müddət öncə rayondakı tikinti və abadlıq işlərinə görə Gülbala Əsədov Bakıdakı və Kürdəmirdəki evlərini banka girov qoyaraq küllü miqdarda kredit götürdüyü də bildirilir. Həmin məbləğin əhəmiyyətli hissəsini rayondakı abadlıq işlərinə sərf edən şöbə müdiri bundan sonra maddi cəhətdən iflasa uğradığı da iddia olunur. Şübhəsiz ki, bu faktlar və yazılanlar hakim dairələr tərəfindən ciddi araşdırılır. Və bu araşdırmanın necə nəticələnməsindən asılı olmayaraq, daha böyük karyera arzusunda olan icra başçısının bu istəyinin xeyli ertələndiyini ə indidən demək olar».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA