Nazirin qrafiki açıqlandı - Balakənə gedir

img

28-12-2014 [12:29]


Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov dekabrın 30-da Balakən rayonunda vətəndaşları qəbul edəcək. 

Ədliyyə Nazirliyindən verilən məlumata görə, qəbulda Balakən, Qax və Zaqatala rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Balakən Rayon Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 42) keçiriləcək.

Məlumatda bildirilir ki, vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94, əlaqə telefonu: (02424) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Balakən Rayon Mədəniyyət Mərkəzində yazıla bilərlər.

Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA