Ziyalılar Qulu Məhərrəmlini təbrik etdilər

img

27-12-2014 [18:26]


Azərbaycan cəmiyyətinin tanınmış simalarıbir qrup ziyalı tanınmış ziyalı, professor Qulu Məhərrəmlinin 60 illik yubileyini təbrik ediblər.

Çay süfrəsi arxasında keçirilən tədbirdə çıxış edən millət vəkilləri, xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, böyük söz ustası Ramiz Rövşən, görkəmli elm xadimləri akademik Rafiq Əliyev, professor Nizaməddin Şəmsizadə, professor Fəxrəddin Veysəlli, Azərbaycan səhnəsinin görməkli aktyoru Fuad Poladov, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev başqaları Qulu Məhərrəmlinin çoxşaxəli fəaliyyətindən bəhs etmişlər. Qeyd olunub ki, Azərbaycan jurnalistikasının, jurnalistika elmimizin, audiovizual mədəniyyətimizin, xüsusən televiziya sənətinin inkişafında professor Q.Məhərrəmli əhəmiyyətli xidmətlər göstərib.

Tədbir iştirakçıları onu da qeyd ediblər ki, Q.Məhərrəmlinin çoxşaxəli fəaliyyəti bu günlərdə ictimaiyyətə təqdim edilən «İşığa doğru» kitabında dolğun əks etdirilib. Tədbirin sonunda çıxış edən Qulu Məhərrəmli ziyalılara öz minnətdarlığını bildirib, həmçinin, yaxın dövr üçün jurnalistika sahəsində xüsusən Azərbaycan dilçilik lüğətçiliyi sahəsində görəcəyi işlər barədə məlumat verib.

2014-12-27-18-33-52qulu-2.JPG (800×533)

2014-12-27-18-34-06qulu-3.JPG (800×533)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA