“Heydər” məscidinə təyinatlarla bağlı açıqlama

img

27-12-2014 [18:23]


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) "Heydər” məscidinə təyinatlar barədə məlumatlara aydınlıq gətirib.

İdarədən Trend-ə bildirilib ki, "Heydər" məscidinə axund, imam vəzifələrinə heç bir təyinat olmayıb: "Yayılan informasiyalar həqiqətə uyğun deyil. Ehtimal ki, bu dezinformasiya həmin mövqeyə iddialı olan maraqlı qüvvələr tərəfindən məqsədyönlü şəkildə yayılan təxribatdır. QMİ Qazılar Şurasının təqdimatı və İdarə sədrinin müvafiq əmri olduqdan sonra bu məsələ barədə elan edilə bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA