Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı tədbir keçirilib

img

27-12-2014 [16:31]


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişi əsasında icra olunmuş "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan, yetkinlik yaşına çatmayanlara ictimaiyyətin diqqətinin artırılması üçün təbliğat kampaniyalarının təşkili” layihəsinin yekun tədbiri keçirilib. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, tədbirdə məqsəd layihə çərçivəsində görülən işlərin, habelə qeyd olunan təbəqədən olan uşaqlara cəmiyyətin diqqətinin artırılması məsələlərinin ictimai müzakirəsi olub:

"Cari ilin iyulundan "Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyi tərəfindən icrasına başlanan layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsinə ictimai diqqətin artırılması olub. Birliyin sədri Ayla Həsənova bu məqsədlə layihə çərçivəsində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, bununla əlaqədar müvafiq mövzuda çap-təbliğat materialları  hazırlanaraq əhalinin sıx olduğu yerlərdə paylanılıb. Həmçinin sağlamlıq imkanları məhdud şəxslərin potensial qabiliyyətlərinə yönəldilməsi, eləcə də belə şəxslərin öz potensiallarını cəmiyyətə təqdim etmək əzminin artırılması üçün tanınmış insanların iştirakı ilə sosial çarx hazırlanaraq televiziya kanallarında yayımlanıb. Layihənin nümayəndələri tərəfindən ayrı-ayrı məktəblərdə yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunub, habelə Beynəlxalq Əlillər Günündə televiziya proqramında aidiyyəti mövzuda təbliğat xarakterli çıxışlar edilib.

Aidiyyatı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, mədəniyyət xadimlərinin iştirakı ilə keçən tədbirdə sağlamlıq imkanları məhdud uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınması, belə uşaqların cəmiyyətə inteqrasiyası, onların öz potensiallarını reallaşdırmaq imkanlarına malik olmaları və s. ilə bağlı məsələlər geniş müzakirə olunub". 

Tədbir zamanı səslənən ayrı-ayrı təkliflərin aidiyyəti dövlət qurumlarına təqdim olunması qərara alınıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA