Masallıdan "unikal" şikayət - FOTO

img

27-12-2014 [15:47]


"Gününün çox hissəsini yüngül əxlaqlı qadınlarla kef məclislərində keçirən bir şəxsin bizim ərazi nümayəndəsi olmasına qəti etiraz edirik”. 

Bu sözlər Masallı rayon Xıl kənd sakinlərinin saytımızın elektron poçtuna göndərdikləri şikayət məktubda yazılıb. Kənd sakinləri Masallı Rayon İcra başçısının Xıl kənd ərazi nümayəndiliyinə yeni təyin ediləcək Tofiq Səfərovu istəmədiklərini bildiriblər. 

Şikayət məktubunda yazılır: "Biz, Xıl kənd sakinləri, Səfərov Tofiq Gülağa oğlunun Xıl kənd ərazi nömayəndəsi olması istəmirik. Belə bir şəxsin bizim ərazi nümayəndəsi olmasına qəti etiraz edirik. Tofiq Səfərov vaxtı ilə bizim ərazi nümayəndəsi işləyib. İşində buraxdığı nöqsanlara görə sabiq icra başçısı Qəzənfər Ağayev tərəfindən işdən qovulma əmri ilə vəzifəsindən uzaqlaşdırılıb. T.Səfərov hazır ki, icra başçısı Rafil Hüseynovla "dil taparaq” yenidən Xıl kənd ərazi nümayəndəsi olmaq istəyir.”

Məlumat T.Səfərovun oğlu Elnur Səfərovu Masallı RPŞ-də işə düzəltmək üçün DİN-nə yalandan məlumat verdiyi bildirilir. Belə ki, Elnur Səfərov DİN-ə verdiyi məlumatda qardaşı Seymur Səfərovu Ukraynanın Donetsk vilayətində Tibb Universitetinin tələbəsi olduğunu bildirib. 

Əslində isə Seymur Səfərov Azərbaycanda hərbi xidmətdən fərari kimi qaçmış, Ukraynanın Donetsk vilayətində məskunlaşmışdır. 

Donetsk Tibb Universitetinin rektorundan aldığımız möhürlü sənəddə isə bildirilir ki, Seymur Səfərov heç vaxt bu Universitetin tələbəsi olmayıb(Asiya.az). 


Masallının icra başçısına qarşı etiraz


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA