Hacıbala Abutalıbov FİFA hakiminin balkonunu sökdürdü

img

27-12-2014 [12:42]


Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Xətai metrosu yaxınlığındakı binalardan artırma balkonların sökülməsinə göstəriş verib.

Mia.az "sportnet.az”a istinadən xəbər verir ki, söküntü işləri Respublika Perinatal Mərkəzinə (Doğum evi) bitişik binalarda aparılır. Plana düşən balkonlar arasında futbol üzrə yeni beynəlxalq dərəcəli baş hakim Orxan Məmmədovun mənzilinə məxsus olanı da var. Merin şəxsən göstərişi ilə aparılan söküntü işlərini mənzil sahiblərinin özlərinin yerinə yetirməsi istənilib. Bu isə mənzil sahiblərinin xüsusi texnikadan istifadə etmədən işləri görməsinə səbəb olub. Bu proses bir neçə gündür davam edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA