İcra başçısı şoumen rolunda! - Nə baş verir?

img

26-12-2014 [23:01]


Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev əməkdar artist Elza Seyidcahanın ondan üzr istəməsi barədə yayılan məlumatlara cavab verib.
 
İcra başçısı Ə.Abıyev açıqlamasında müğənnidən üzr istəmədiyini bildirib: "Əksinə, Elza Seyidcahan özü ötən gün İstanbuldan mənə zəng edərək deyib ki, mən sizin haqqınızda heç bir söz deməmişəm və bu, jurnalistlərin uydurmasıdır. Mən nə üçün Elza Seyidcahandan üzr istəməliyəm? O, kimdir ki, mən ondan üzr istəyim? Bu cür söz-söhbətləri etmək isə ayıbdır”.
 
Ə.Abıyev onu qeyd edib ki, hazırda Milli Məclisin Daşkəsəndən seçilmiş deputat yeri boşdur: "Yəni, əvvəllər bu yerdən seçilmiş deputat Mübariz Qurbanlı idi. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunub və indi həmin yer Milli Məclisdə boşdur. Elza Seyidcahanın da əsas istəyi odur ki, həmin yerdən deputatlığa namizəd olsun. Bu isə alınan iş deyil”.
 
Xatırladaq ki, Elza Seyidcahan mətbuata açıqlamasında deyib ki, Əhəd Abıyev ötən gün ona zəng edib üzr istəyib (publika.az). 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA