Yeni il gecəsi hava necə olacaq?

img

26-12-2014 [21:27]


Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin küləkli və bir qədər soyuq keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun səhər və gündüz 4-6, axşam 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yanvarın 01-də soyuq, küləkli hava şəraitinin davam edəcəyi, temperaturun gündüz saatlarında 1-3 dərəcə isti olacağı, axşama doğru isə 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. İlkin ehtimala görə Abşeron yarımadasında yağıntının sulu qara keçəcəyi istisna olunmur. 

Azərbaycanın rayonlarında dekabrın 31-də günün ikinci yarısında əsasən şimal və şərq rayonlarından başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yanvarın 01-də hava şəraitinin əksər rayonlarda yağıntılı olacağı, bəzi rayonlarda sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA