Hakimlərlə bağlı yeni qərar veriləcək - səlahiyyət müddəti qısalır

img

26-12-2014 [20:56]


Azərbaycanda ilk dəfə seçilən hakimlərin vəzifə müddətinin azaldılması, Ali Məhkəmə hakimləri üçün son yaş həddinin isə digər məhkəmə hakimlərindən ayrılaraq artırılması gözlənilir.

Milli Məclisdən APA – ya verilən məlumata görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında” qanunun 96-cı maddəsinə dəyişiklik təklif edilir.

Təklifdə hakim vəzifəsinə hakimlərin ilk dəfə 3 il müddətinə təyin olunması nəzərdə tutulur.

Hazırda bu müddət 5 ildir.

Maddəyə təklif edilən digər dəyişikliyə görə isə Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün isə 66 yaş müəyyən olunur.

Hazırda isə bütün hakimlərin son yaş həddi 65-dir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA