"Qaçqınkom"la İcra Hakimiyyətində yoxlama aparıldı - Rəsmi

img

26-12-2014 [14:49]


Dünən Hesablama Palatasının kollegiya iclası keçirilib. 

Mia.az-ın məlumatında görə, iclasda "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2011-2013-cü illərdə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi” mövzusunda aparılan analitik təhlilin nəticələri üzrə Analitik arayış, Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergi Departamentində vergi qanunvericiliyinə riayət olunmasına və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondundan Goranboy rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA