26-12-2014 [14:39]
Nərimanov rayonu Atatürk prospekti 5a ünvanında yerləşən ofislər kanalizasiya sularına qərq olub.
Axar.az xəbər verir ki, artıq neçə ildir Nərimanov rayon su idarəsinin səhlənkarlığı üzündən baş verən hadisə sahibkarları əməlli-başlı ziyana salıb.
Şikayətçilərin sözlərinə görə, binanın ofis və mağaza kimi işlədilən zirzəmisi bir neçə dəfə gözəyarı təmir edilsə də, problem həll olunmayıb. Hər yeni təmirdən sonra kanalizasiya boruları partlayaraq ofisləri bərbad duruma salır.
Problemi birdəfəlik həll etmək üçün obyekt sahibləri "Azərsu” ASC-nin Nərimanov rayon şöbəsinə dəfələrlə müraciət etdiklərini bildiriblər. Lakin bir ildən çoxdur ki, davam edən problemi Nərimanov rayon su idarəsi həll etməkdən boyun qaçırır.
Kanalizasiya suları ilə dolan obyektlərdən biri də "Rigali de Luso” italiyan hədiyyə malları mağazasıdır. Mağazanın sahibi yaranan problem ucbatından 60 min ziyana düşdüyünü bildirir. Obyekt sahibi qeyd edir ki, bu gün mağazanın böyük mərasimlə açılışı nəzərdə tutulubmuş, ancaq kanalizasiya borularının partlaması nəticəsində çirkab sularının dükanı basması tədbiri yarımçıq qoyub.
Sahibkarlar bildirirlər ki, çirkab sularının dəhşətli vəziyyət yaratdığı barədə baş idarəyə qədər, bütün instansiyalara məlumat versələr də, bu vaxta qədər heç bir qrup göndərilməyib.
Məsələ ilə bağlı "Azərsu” ASC-i ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı axar.az-a açıqlamasında bildirdi ki, onlarda bu barədə məlumat yoxdur: "Bu gündən etibarən məsələ "Azərsu” tərəfindən araşdırılacaq”.
Mövzunu diqqətdə saxlamağa çalışacağıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi