"O, ektrasenslikdən əl çəkib" - Vəkil

img

26-12-2014 [11:48]


Həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyev ekstrasenslikdən əl çəkib.

Bu barədə AzVision.Az-a onun vəkili Xanlar Bayramzadə məlumat verib. O, bildirib ki, İ.Mirzəyev bir aydır ki, xəstəxanada müalicə olunur: 

"İlham Mirzəyev Kürdəxanıdakı xəstəxandadır. O, ektrasenslikdən əl çəkib. Həbsxanda heç belə bir fəaliyyətlə məşğul olmaq olar? Onun ağrıları var. Müalicə olunur”.

Daha sonra vəkil qeyd edib ki, yaxın vaxtlarda İ. Mirzəyevin Apellyasiya məhkəməsi keçiriləcək. 

Qeyd edək ki, İlham Mirzəyev Nərimanov rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsindirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA