Nazirlər Kabinetində iclas, təhlükəsizlik müzakirə olunub

img

26-12-2014 [11:37]


Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının növbəti iclası keçirilib.

İclası açan baş nazirin müavini, komissiyanın sədri Abid Şərifov respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin ildən-ilə aşağı düşdüyünü deyib. Bildirib ki, buna baxmayaraq bu problem hələ də mövcuddur və belə halların qarşısının alınması istiqamətində daha çox tədbirlərin görülməsi vacibdir.

Baş nazirin müavini qeyd edib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görüləcək işlərdə bütün aidiyyəti dövlət qurumlarının iştirakı vacibdir. Abid Şərifov bu məsələdə televiziyaların da üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edərək bildirib ki, yol təhlükəsizliyinin təmin olunmasında televiziya kanalları vasitəsilə maarifləndirmə işinin aparılması önəmlidir: "Düşünürəm ki, bu məsələyə artıq baxışımızı, münasibətimizi dəyişməliyik. 10-15 il əvvəl deyirdik ki, baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbi yolların pis olmasıdır. İndi isə bizim magistral, şəhərdaxili, kənd yollarımız yüksək səviyyədə təmir edilib. Ona görə də bu məsələyə Azərbaycan vətəndaşı olaraq hər birimiz daha da məsuliyyətlə yanaşmalıyıq”. 

A. Şərifov əlavə edib ki, bu məsələ ilə bağlı məktəblərdə, ali təhsil ocaqlarında da maarifləndirmə işləri aparılmalıdır(Pia.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA