Tərtər və ətraf rayonların poblemi "TRT Haber"də! - VİDEO

img

26-12-2014 [10:55]


Tərtər və ətraf rayonların yaşadığı su problemi Türkiyənin TRT Haber kanalında yayımlanıb. 

Mia.az-a verilən məlumata görə,"Sərsəngə yürüş” adı ilə keçirilən səfər zamanı bir çox qəzet və xarici media təmsilçiləri də buradakı vəziyyətlə tanış olub və bu su anbarının çox təhlükəli vəziyyət aldığını görüblər.  Ermənilər bölgənin ehtiyacını qarşılayan Sərsəng su anbarından gələn suyu xalqın əraziləri əkib-biçdiyi, suya ən çox ehtiyacı olan yaz və yay aylarında kəsir.  qış aylarında isə buraxır. Qış aylarında isə suyun birdən buraxılması təsərrüfatı daha da iflic vəziyyətə salır. 400 mindən çox insan ekoloji terrorun qurbanı olur. Bölgə xalqı yaz və yay aylarında torpağını sulaya bilmək üçün quyular qazır, qazılan quyulardan əldə edilən su isə ehtiyacı qarşılamır.  

Hazırda bu su anbarının vəziyyəti ilə bağlı ətraf rayonların torpaq sahələri əkinçiliyə də, demək olar ki, yararsızdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA