Füzulidə direktor 68 min "fırlatdı", prokurorluq tutdu

img

25-12-2014 [15:11]


Füzuli rayonu Qarabağ kənd uşaq musiqi məktəbinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə əlaqədar Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaqla Qarabağ kənd uşaq musiqi məktəbinin sabiq direktoru Quliyev Elxan İsmayıl oğlunun həmin vəzifədə işləyərkən 2011-2014-cü illərdə rayon ərazisində keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmək məqsədilə ayrı-ayrı incəsənət adamlarını həmin tədbirə cəlb edib və gördükləri iş müqabilində onlara pul vermək əvəzinə qanunsuz olaraq məktəbdə müəllim kimi rəsmiləşdirib. Onlara dərs saatları yazmaqla, əmək haqqı hesablatdırıb və beləliklə, ümumilikdə 63.938 manat büdcə vəsaitinin üzrə təqsirləndirilib.

Məlumatda o da bildirilir ki, istintaq dövründə dövlət büdcəsinə vurulmuş ziyanın tam məbləğdə ödətdirilməsi təmin edilib və cinayət işi baxılması üçün Füzuli rayon Məhkəməsinə göndərilib. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA