Alimdən BDU-ya sərt ittiham

img

25-12-2014 [14:13]


Tanınmış alim Bəhmən Sultanlı yenidən Bakı Dövlət Universitetinin rəhbərliyinin ünvanına sərt tənqid səsləndirib. Alimin bu dəfəki iradı universitetin rəsmi saytında elm adamlarının cəmiyətə düzgün təqdim olunmaması ilə bağlıdır. Alimin fikirlərini olduğu kimi təqdim edirik:

«Sayğılı dostlar! İnternet çubuğunda «bakı dövlət universiteti» yazın və tıklayın. Bakı Dövlət Universiteti səhifəsi açılacaq. Birinci başlığı tıklayın. Orada «vıpusniki» başlığı və unversitetin 6 məzununun şəkili və onlar haqqında qısa məlumat çıxacaq. Siz o məzunlar haqqında yazılanların məzunların ruhuna hörmətsizlik, universitetin özünə, xalqa sayğısızlıq olduğunun şahidi olacaqsınız. Onlardan biri haqqında yazılanı misal gətirirəm: «Əşrəf Hüseyinov — Mexanika-riyaziyat fakültəsinin ilk dekanı». 

Məgər, Əşrəf Hüseyinovun elmdə heç bir xidməti yoxdur? Məgər, başqa fakültələrin ilk dekanları olmayıb? Məgər hansısa fakültənin ilk dekanı olmaq elm üçün, təhsil üçün elə böyük işdir?! O cür təqdim olunan məzunlar məsələn, rusda, latışda, polyakda, ingilisdə nə kimi maraq doğura bilər, universitetimizin nüfuzunun qalxmasında hansı müsbət rolu oynayar? 

Həmin məlumatları universitetimizdə elmin, təhsilin nə səviyyədə olduğunun göstəricisi kimi qavramaq olar. Təəssüf…».(Azinform.az)

Məsələylə bağlı Mia.az-a açıqlama verən BDU mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib ki, sözügedən alimin iddiaları əsassızdır. Onun sözlərinə görə, həmin şəxs internet bilikləri zəif olduğundan saytdakı bütün məlumatlara diqqət yetirə bilməyib. Əgər diqqətli olsaydı, qeyd etdiklərinin yanlış olduğunu görərdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA