Nazir Əli Abbasov Ağcabədiyə gedir-səbəb

img

25-12-2014 [11:32]


Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Ağcabədiyə gedir.

 

RYTN-in mətbuat xidmətindən verilən məlumata görə, Əli Abbasovun dekabrın 27-si saat 11:00-da Ağcabədi rayonunda (Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli, Xocavənd, Cəbrayıl) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu, eyni zamanda görüşlərdə qaldırılan məsələlərin icrası ilə bağlı videokonfransın keçirilməsi planlaşdırılır.

 
Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar,  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
 
Ağcabədi rayonunda 275-52-99
Beyləqan rayonunda 225-32-33
Zərdab rayonunda 296-60-41
Füzuli rayonunda 315-53-73
İmişli rayonunda 246-60-05
Xocavənd rayonunda 225-21-22
Cəbrayıl rayonunda 384-37-08



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA