25-12-2014 [11:24]
Mədəniyyət və İncəsənət Universitetinin müəlliməsi rüşvət aldığı üçün universitetdən qovulub.
Bu barədə axar-a məlumat verən mənbənin sözlərinə görə, universitetin kafedra müdiri, Əməkdar artist Fərhunə Atakişiyeva tələbədən 5 min manat rüşvət tələb edib.
Mənbə qeyd edir ki, F.Atakişiyeva alacağı pulu rektor və universitetdə dərs deyən məşhur aktrisalardan birinə (aktrisanın adı bizə məlum olsa da, özünün israrına görə qeyd etmirik) çatacağını bildirib:
"Fərhunə Hacıyeva tələbədən 5 min manatı rektorun və xalq artistinin adı ilə alıb. Bildirib ki, guya o puldan onun özünə cəmi 1000 manat çatacaq. Bundan başqa, 1000 manat universitetdə dərs deyən məşhur aktrisaya, pulun qalan hissəsi, yəni 3000 manatı isə universitetin rektoru Fərəh Əliyevaya veriləcək”.
Universitetin daxilindən sızdırılan məlumata görə, tələbə ondan tələb edilən pulu ödəsə də, universitetin müəlliməsi olan məşhur aktrisa onu imtahandan kəsib. İmtahandan keçə bilməyən tələbə isə auditoriyada aktrisaya ondan 1000 manat pul tələb etməsinin qarşılığında niyə imtahandan kəsdiyini soruşub:
"Aktrisanın isə heç nədən xəbəri olmadığı üçün möhkəm əsəbiləşib və adının ləkələndiyini əsas gətirərək, birbaşa rektor Fərəh Əliyevaya təcili tədbir görməsi üçün müraciət edib”.
Mənbə qeyd edir ki, qısa araşdırmadan sonra nəinki sözügedən aktrisanın, hətta özünün də bu qalmaqalda adının keçdiyini öyrənən rektor dərhal F.Atakişiyevanı işdən çıxarıb.
Məsələdə adı hallanan tanınmış aktrisa heç bir halda bu kimi xəbərdə adının hallanmasına imkan verməyəcəyini xatırlatdı: "Belə xəbərlərdə mənim adımın çəkilməməlidir”.
Hazırda universitetdə təhsil alan tələbələr F.Atakişiyevanın işdən çıxarıldığını təsdiqləyiblər.
Mədəniyyət və İncəsənət Universitetinin rektoru F.Əliyeva isə bir neçə dəfə telefonu açsa da, hər dəfə jurnalist adını eşidən kimi qapatdı.
Xatırladaq ki, rektor Fərəh Əliyeva jurnalistlərin ustadı adını daşıyan canlı əfsanə Şirməmməd Hüseynovun qızıdır. Fərəh xanım atasının məsləkdaşlarına açıqlama vermək istəsə, məmnuniyyətlə tirajlayarıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi