Qubada rüsvayçı olay: iki uşaq anası başqası ilə qaçdı - VİDEO

img

24-12-2014 [21:21]


Qubada 6 ildir ki, ailə həyatı quran 2 uşaq anası gəlin başqası ilə qaçıb. 

Gəlin həmin oğlanla internetdə tanış olub. Hadisə baş verən ailə "xezerxeber”ə danışıb. 

26 yaşlı Tamilla Baxışova xalası oğlu ilə ailə qurduqdan sonra Rusiyada yaşayıb. Cütlüyün bir oğlan bir də qız uşağı olub. Bir müddət əvvəl isə gəlin qız uşağını da götürüb anası ilə birlikdə Qubanın Davudoba kəndinə qaynatasıgilə qonaq gəlib.

Gecə hamı yatandan sonra o, planını işə salıb. Səhər evdə olmadığını görənlər narahat olub. Sonradan məlum olub ki, tanış olduğu oğlana qoşulub evdən qaçıb.

Gəlin qaçdıqdan sonra valideynlərinə telefonla zəng vurub. Hadisədən sonra ailə polisə müraciət edib. Tamilla Baxışova ərinə də zəng edərək başqasına qoşulub qaçdığını və ondan nigaran qalmamalarını bildirib(Qafqazinfo).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA