Icra başçısının yetkinlik yaşı tamam olmayan qohumu qaçırılıb?

img

24-12-2014 [18:21]


Azərbaycanda yetkinlik yaşına çatmamış qızını qaçıran şəxs tutulub. 

Hadisə Masallı rayonunda qeydə alınıb. Masallı rayon sakini, orta məktəb şagirdi (Ə. G) naməlum şəxs tərəfindən qaçırılıb. Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Bəhruz Rəhimov Bakı şəhərinə qaçarkən yolda saxlanılıb. Qız ailəsinə təhvil verilib.

Məlumata görə, qaçırılan qız Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Əhəd Abıyevin qohumudur.

Masallı Rayon Polis Şöbəsindən  faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA