"Vorzakon"lar arasında qarşıdurma; Oğrular Rövşən Lənkəranskiyə qarşı ittifaq yaratdı

img

24-12-2014 [16:11]


Moskvada Rusiyanın iki nüfuzlu avtoriteti arasında görüş keçirilib.

Axar.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, "Zimniy sad” restoranında baş tutan görüşdə indiyədək iki əzəli düşmən, "Ded Xasan”ın varisi Şakro Molodoy ləqəbləi Zaxari Kalaşovla Sergey İzmaylski ləqəbli Serqey Aksyonov 6 saata yaxın söhbət ediblər.

Kriminal mövzudan yazan Rusiya KİV-i bir vaxtların qan düşmənlərinin barışığını Rövşən Lənkaranskiyə qarşı qurulan ittifaq kimi dəyərləndiriblər.

Məlumata görə, həm Kalaşov, həm də Aksyonov Lənkəranskiylə düşməndirlər. İndi Kalaşov düşmənimin düşməni mənim dostumdur prinsipinə üstünlük verərək, Aksyonovla barışmağ üstün tutub. Bu barışığın yeni kriminal müharibəylə nəticələnəcəyini isə zaman göstərəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA