Sumqayıtın icra başçısına deputatdan ittiham: "...canını boğazına yığıb"

img

24-12-2014 [14:58]


Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa 23 dekabr tarixli bələdiyyə seçkilərində rəhbərlik etdiyi təşkilatın qazancından danışıb. Onun sözlərinə görə, bələdiyyə seçkilərinin nəticələri ilə bağlı məlumatlar BQP-nin seçki qərargahına yavaş-yavaş daxil olmaqdadır.

"Bilindiyi kimi partiyamızın 305 təmsilçisi namizəd olaraq qeydiyyatdan keçmişdi, son məlumatlara görə bunlardan ən azı 50 faizə yaxını ayrı-ayrı bələdiyyələrə üzv seçilib. Əksər bölgələrdən hər hansı bir şikayət daxil olmayıb. Deyəsən bircə Sumqayıt şəhər bələdiyyəsinə seçkilər icra başçısı Eldar Əzizovun sahibkarların canını boğazına yığıb ildə bir dəfə hazırltdığı bir kilometrlik torta oxşayıb. Əlinə nə keçibsə bu tortun, yəni seçkinin içinə qatıblar”.

Deputatının sözlərinə görə, bələdiyyələrə marağın artması üçün mütləq səlahiyyətlərinin genişləndirilməsinə zərurət var: "Əslində insanların çoxu yerli özünüidarə sistemində çalışmağa maraqlıdırlar. Gerçək özünüidarə olarsa, lokal səviyyədə problemlərin həllinə daha tez nail olmaq mümkündür”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA