24-12-2014 [12:55]
Azərbaycan Prezidenti «Maybach 62»ni və «Mercedes-S600»-ü özü də idarə edir.
Zaman-zaman müxtəlif ölkələrin prezidentlərinin avtomobilləri mətbuatda müzakirə mövzusu olub. Hətta, həmin maşınların texniki göstəricilərindən tutmuş qiymətinə qədər müzakirələr aparılıb. Bu dəfə Avtosfer.az saytı Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin avtomobillərindən və avtomobilə olan münasibətindən bəhs edir.
Bəri başdan bildirək ki, dövlət başçısı rəsmi səfərlərdə zirehli «Maybach 62» limuzinindən istifadə edir. Bundan başqa, Prezidentin ixtiyarında xidməti istifadəsi üçün sifarişlə hazırlanmış «Mercedes-Benz W221 S600 Guard Pullman» zirehli avtomobil də var. Zirehli «Maybach 62»nin başlanğıc qiyməti 352 min dollardır. Edilən sifarişlər, avtomobilin salonunda edilən dəyişiklik və dizayndan asılı olaraq qiyməti də artır.
Azərbaycan Prezidentinin istifadə etdiyi digər avtomobil «Mercedes-Benz W221 S600 Guard Pullman» dünyada ən bahalı və lüks maşınlar siyahısında liderərdən biridir. Bu avtomobilin başlanğıc qiyməti 500 min avro civarındadır. «Mercedes-Benz W221 S600 Guard Pullman»ın qiyməti də dizayn və salonda edilən dəyişikliklərdən asılı olaraq dəyişir. Avtosfer.az saytı Rusiyanın «RBK» xəbər portalının məlumatlarından istifadə edib.
Prezident İlham Əliyevin ideal avtomobil zövqü var. Dövlət başçısının özünün də bəzən sükan arxasında oturması onun avtomobil həvəskarı olduğuna işarədir. Təsadüfi deyil ki, cənab Prezident bəzən ölkəmizə səfərə gələn ali qonaqlarla məhz öz avtomobilində gəzintiyə çıxır və bu zaman sükan arxasında özü əyləşir. Məsələn, Türkiyənin keçmiş prezidenti Abdullah Gülün Azərbaycana prezident kimi ilk səfərində İlham Əliyev belə bir jest etmişdi. Bu da, əlbəttə, səmimiyyətdən və qardaş Türkiyəyə verilən dəyərdən irəli gələn addımdır.
Bundan əlavə, Prezident İlham Əliyev ölkəmizdə yeni salınan yolların demək olar ki, ilk istifadəçisi olur. Dövlət başçısı özü şəxsən sükan arxasına əyləşərək yolu sınaqdan keçiririr.
Daha bir maraqlı məqam isə Azərbaycan Prezidentinin müharibə əlillərinə verilən avtomobilləri də ilk olaraq özünün sınaqdan keçirməsidir. Cənab Prezidentin bu addımı da təqdirəlayiqdir. Çünki bu sadə maşını ölkə başçısı o qədər diqqət və həvəslə idarə edir ki, bu da digərlərinə nümunədir. Bu həm də o deməkdir ki, maşının bahalısı-ucuzu fərq etməz, əsas odur ki, yaxşı sürücü olasan. Cənab Prezident peşəkar sürücüdür. Onun hər zaman sükan arxasında avtomobilə necə hakim kəsilməsi diqqətdən yayınmır. Dövlət başçısının tez-tez sükan arxasına əyləşməsi isə sadəliyin göstəricisidir. (avtosfer.az)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi