“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir

img

24-12-2014 [12:00]


"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni illə əlaqədar gucləndirilmiş iş rejiminə keçəcək.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "APA-Economics”ə bildirib ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün Sərnişin daşımaları departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulmasını təmin edəcək.

Bundan əlavə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarı təyin olunub. Qatar 29 dekabr 2014-cü ildə Bakıdan Tbilisiyə, 3 yanvar 2015-ci ildə Tbilisidən Bakıya yola düşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA