İcra Hakimiyyətinin şöbə müdirinin qardaşı futbol meydançasında öldü

img

23-12-2014 [20:35]


Lənkəranda futbol oynayan zamanı dünyasını dəyişən Canbaxış Əliyev Lənkəran rayon İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyevin qardaşıdır.
 
Əlimərdan Əliyev ANS-ə açıqlamasında Canbaxış Əliyevin səhhətində əvvəllər elə də ciddi problemlər olmadığını deyib.
 
"Bir neçə ay bundan əvvəl ürəyində problemlər olub. Lakin elə də ciddi ağrıları olmayıb. Özü idmançı idi. Dünyada çox adam ürəyində problemlə bağlı rəhmətə gedir. Qardaş itirmək çox ağırdır”, - deyə Əlimərdan Əliyev bildirib.
 
Qeyd edək ki, 1950-ci il təvəllüdlü Canbaxış Əliyev uzun müddət idmanla məşğul olub. Evlidir. 2 övladı və 3 nəvəsi var. O, dünən səhər saatlarında Lənkəran şəhər ərazisində yerləşən idman kompleksində futbol oynayarkən qəfil halı pisləşib. Həkim çağrılana qədər C.Əliyev dünyasını dəyişib.
 
Müayinədən sonra onun infarktdan öldüyü məlum olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA