Bakının iki polis rəisi nazirə raport yazıb?! - İddia

img

23-12-2014 [17:52]


Paytaxtın daha iki polis rəisi dəyişdiriləcək.

Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Salahov və Sabunçu rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev yaş senzini əsas gətirərək, Daxili İşlər naziri Ramil Usubova raport yazıblar. Nazir isə polis rəislərinin müraciətinə müsbət reaksiya verib.
 
Məlumatda hər iki polis rəisinin təqüdə göndəriləcəyi məsələsinin artıq həll edildiyi də vurğulanır. Sadəcə, hazırda bələdiyyə seçkiləri keçirildiyi, seçki gərginliyi yaşandığı və polisin gücləndirilmiş iş rejimində çalışdığı bir məqamda rəislik etdikləri rayonu yaxşı tanıyan təcrübəli və peşəkar polkovniklərin yola salınması məqsədəuyğun sayılmayıb. Mənbə qeyd edir ki, hər iki polis rəisi nazirliyin bu təklifini qəbul edib və seçki nəticələri rəsmən elan edilənə qədər vəzifələrinin icrasına davam etmələri barədə göstərişə əməl edirlər.
 
Xatırladaq ki, İntiqam Salahov və Cavanşir Babayev daxili işlər orqanları sıralarında çalışan nüfuzlu kadrlardan hesab olunurlar. İ.Salahov 90-93-cü illər ölkənin kriminogen durumunun ən gərgin məqamında belə işlədiyi sahədə fərqlənib. Təsadüfü deyil ki, İ.Salahov uzun müddətdir Bakının ən həssas rayonlarından olan Qaradağda rəis olaraq çalışır və bu rayon göstəricilərinə görə müsbət qiymətləndirilir. Bu göstəricilərin nəticəsidir ki, DİN-in nizam-intizam və cinayətlərin açılması, narkotiklə mübarizənin gücləndirilməsi bağlı sərt qərarların verildiyi sonuncu kollegiya iclasında Qaradağ rayonu təqdir edilənlər sırasında idi.(axar.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA