Jurnalistə zor tətbiq edən qadın idman müəllimi çıxdı - VİDEO

img

23-12-2014 [15:06]


Bu gün keçirilən bələdiyyə seçkilərində artıq bəzi neqativ hallar qeydə alınıb. Ölkə mətbuatında "12 saylı məntəqə”də jurnalistin toplu bülleten atılmasını lentə almasından sonra ona qarşı zor tətbiq edilməsini əks etdirən süjet yayımlanıb. 

Mia.az xəbər verir ki, Elchi.az saytı özəl mənbələrdən jurnalistə qarşı aqressiv davranan xanımın kimliyini öyrənə bilib. 

Məlum olub ki, həmin şəxs Hacıyeva Əfruz Sadıq qızıdır. O, Şəfiqə Əfəndizadə adına 13№-li tam orta məktəbdə işləyir. 2009-cu ildə Gənclər və İdman Nazirliyi Hacıyeva Əfruzu Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA