"İcra başçısı tapşırıq və göstəriş verməyib"

img

23-12-2014 [14:53]


Ağcabədi məscidinin imamı aksiya ilə bağlı yayılan xəbərləri təkizb edib. 

Ağcabədi şəhər Cümə Məscidi Dini İcmasının sədri İsmayılov Novruz "Qafqazinfo”ya müraciətində rayon rəhbərlyi tərəfindən azanın səsinin azaldılması barədə tapşırıq olmadığını bildirib: "Azanın səsgücləndirici ilə verilməsinin dayandırılması barədə məscid rəhbərliyinə və dindarlara Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən heç bir formada tapşırıq və göstəriş verilməyib. Dindarların adından gedən yazı qərəzli məqsədlə yazılıb, şər və böhtan xarakterlidir”.

Qeyd edək ki, yayılan məlumatlarda icra başçısının tapşırığı ilə azanın səsinin azaldıılmasına görə dindarların aksiya keçirəcəyi bildirlirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA