İcra başçısının göstərişi dindarları qəzəbləndirdi - AKSİYA

img

22-12-2014 [19:52]


Ağcabədidə yaşayan dindarlar aksiya keçirməyə hazırlaşırlar. Buna səbəb rayonda yüksək səslə azan oxunması ənənəsinin ləğv edilməsidir. 

Bununla bağlı musavat.com-a müraciət edən bir qrup dindar yaxın günlərdə məscidin qarşısında aksiya keçirəcəklərini bildiriblər. 

Dindarlar azanın səsgücləndirici ilə verilməsinin dayandırılması barədə məscid rəhbərliyinə tapşırığın Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədov tərəfindən verildiyini qeyd ediblər. Buna səbəb kimi də 23 dekabr bələdiyyə seçkiləri göstərilir. 

Belə ki, İcra hakimiyyətindən verilən göstərişdə yüksək azan səsinin seçkilərlə bağlı Ağcabədiyə gələn qonaqları narahat etdiyi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA