Fətullah Gülənlə savaş Qorxmaz Hüseynovu bitirəcək?! - İddia

img

22-12-2014 [19:23]


Qardaş Türkiyədə Fətullah Gülən tərəfdarları ilə rəsmi Ankara arasında münasibətlər yenidən gərilib. Hətta iş o həddə çatıb ki, Türkiyədə rəsmi olaraq Fətullah Gülən barəsində həbs qərarını belə müzakirəyə çıxarılıb. 

Təbii ki, Fətullah Gülən cameəsi ilə Ankaranın münasibətləri hər gəriləndə bunun təzahürləri özünü Azərbaycanda da nəzərə çarpır. Məsələn, ötənlərdə xeyli sayda məmur və deputat məhz nurçularla bağlılıqda ittiham olundu, işdən alındı və ya fərqli formada cəzalandırıldı. Hətta həbslər belə oldu.

Məlumata görə, bu dəfə də Azərbaycanda konkret olaraq bir neçə məmur və iş adamı təhlükədədir: «Amma bu dəfə daha ağır mərhələ ola bilər. Artıq Ərdoğanın rəsmi Bakıya müraciət etdiyi söylənilir. Əgər bu xəbərlər özünü doğruldarsa, Fətullah Gülən cameəsinin Azərbaycandakı əsas partnyorlarından biri kimi tanınan «Azərsu»nun şefi Qorxmaz Hüseynov ilk qurbanlardan biri olacaq»(Dia.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA