Mehdiabad bələdiyyəsində "qoçu" peyda olub

img

22-12-2014 [18:56]


Abşeron rayonu Mehdiabad qəsəbəsində vətəndaşla bələdiyyə işçiləri arasında qarşıdurma başlayıb. 

Bu barədə bələdiyyə işçilərilə münaqişə edən 27 yaşlı Elgiz Əliyev ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, Mehdiabad bələdiyyəsinin işçiləri onun ərazisindəki tikintini özbaşına olaraq söküblər.

"Mənə dövlət tərəfindən 10 sot pay torpağı verilib. Həmin torpağı hasarlamışdıq ki, girən olmasın. Mehdiabad bələdiyyəsinin mühəndisi Ceyhun Bayramovun əmrilə həmin ərzidəki hazarı tamam sökdülər. Maraqlıdır ki, həmin ərazidə çoxlu evlər var. Hamı da pay torpağında tikib. Amma bizə imkan vermədilər ki, torpağı hasarlayaq. Ceyhun Bayramov hasarın sökülməsilə bağlı bizə heç bir sənəd də göstərmədi. Ancaq zorla girib sökdülər”, - deyə Elgiz Əliyev bildirib.

Məsələni araşdırmaq üçün Mehdiabad Bələdiyyəsilə əlaqə saxladıq. Bələdiyyənin mühəndisi Ceyhun Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, sözügedən ərazi vətəndaşın pay torpağıdır. Onun sözlərinə görə, həmin torpaqda ancaq təsərrüfat işlərilə məşğul ola bilər: 
"Vətəndaş həmin ərazini ancaq torla hasarlaya bilər. Daşla hazarlamaq, tikinti aparmaq qadağandır. Biz əvvəlcədən vətəndaşa xəbərdarlıq etmişdik. Həmin vətəndaş torpaqdan ancaq əkin məqsədilə istifadə edə bilər”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, əkin üçün nəzərdə tutulan torpağı hasarlamaq olmaz.

"Vətəndaş mövcud qaydanı pozubsa, bələdiyyə və yaxud hansısa səlahiyyətli qurum vətəndaşa şifahi xəbərdarlıq etməlidir. Əgər vətəndaş qanunsuz tikintini davam edərsə, onun barəsində məhkəməyə müraciət edilməlidir. Yalnız məhkəmənin yazılı qərarından sonra həmin tikinti dayandırıla, çəkilən hasar sökülə bilər. Lakin bələdiyyət nümayəndəsi məhkəmənin qərarı olmadan vətəndaşın əmlakını sökə bilmər”, - deyə Vüqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, vətəndaş bələdiyyə nümayəndələrinin özbaşına hərəkətləri barədə məhkəməyə müraciət edə bilərlər: "Lakin istənilən halda məhkəmə vətəndaşın sökülən hasarını bərpa etməyəcək. Çünki vətəndaş mövcud qanunu pozub və pay torpağında tikinti aparıb. Məhkəmə yalnız şikayətə əsasən bələdiyyənin qanunsuz hərəkətləri, yəni yazılı icazə olmadan vətəndaşın mülkiyyətini dağıtdığı üçün cəzalandırıla bilər. Bələdiyyə nümayəndəsinə xəbərdarlıq edilə bilər”.
İndiki Mehdiabad bələdiyyəsi son iş günündə də vətəndaşın hasarını uçurdu

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA