İki ölkə başçısı İlham Əliyevə məktub göndərdi

img

22-12-2014 [16:25]


Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Prezidentin rəsmi saytındakı məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qırğızıstanda Sizi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafının ardıcıl tərəfdarı kimi tanıyırlar.

Əminəm ki, bizim birgə səylərimiz sayəsində Qırğızıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

***

Çin Xalq Respublikasının sədri Si Tszinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirmək istərdim.

Azərbaycan qədim İpək Yolu üzərində yerləşən mühüm ölkədir. Tarix boyu ölkələrimiz arasında dostluq münasibətləri mövcud olub. Dövlətlərimiz arasında diplomatik münasibətlər yaradılmasından keçən 22 il ərzində ölkələrimizin dostluq münasibətlərində qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan sürətli tərəqqi əldə edilib. Bu hədəfə nail olmaq işinə şəxsən Sizin mühüm töhfənizi yüksək qiymətləndirirəm.

Bu ilin mayında Siz Çin Xalq Respublikasında səfərdə olarkən, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında ikitərəfli münasibətlərin dərinləşməsinə dair fikir mübadiləsi apardıq, səmimi və praqmatik söhbətimiz oldu. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin xalqlarının mənafeyi naminə bu əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün Sizinlə birlikdə işləməyə hazırıq.

Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar diləyirəm.

Ölkənizə firavanlıq, xalqınıza xoşbəxtlik arzu edirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA