22-12-2014 [15:57]
Bu ilin avqust ayında Göyçay rayonunda törədilən qətl hadisəsinin üstü açılıb.
Rayonun Alpoud kənd sakini, 1958-ci il təvəllüdlü Sahib Sabir oğlu Abbasovu öldürən şəxs tutulub.
Məlum olub ki, hadisəni həmin kənd sakini, 1956-cı il təvəllüdlü Ələsgər Xudu oğlu Xudiyev törədib. Bu gün o, yaşadığı evdə tutularaq Göyçay rayon Polis Şöbəsinə gətirilib. O, hadisəni törətdiyini etiraf edib. Ələsgər Xudiyev sahibkarlıq fəaliyyəti ilə məşğul olan mərhum Sahib Abbasovun Alpoud kəndindəki çörək sexində həyat yoldaşı ilə birgə işlədiyini və hadisədən 4 gün əvvəl işdən çıxarıldıqlarını bildirib. Ə.Xudiyev əmək haqqını almaq üçün çörək sexinə getdiyini və müdiri Sahib Abbasovun onu təhqir etdiyini bildirib. O, avqustun 14-də axşam saatlarında ov tüfəngi ilə Sahib Abbasovu öldürdüyünü bildirib.
Qeyd edək ki, sahibkarın meyiti Alpoud kəndində yolun kənarındakı elektrik transformatorunun yanından tapılıb. Əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən ölməsi güman edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib və meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsində müayinə edilib. Ekspertizanın rəyinə əsasən məlum olub ki, 4 uşaq atası olan Sahib Abbasovun odlu silahdan açılan atəş nəticəsində güllə yarası aldığı və bu səbəbdən dünyasını dəyişdiyi müəyyən olunub.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 13-də saat 02 radələrində Göyçay rayonu Alpout kənd sakini, 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunun üzərində odlu silahdan yetirilməyə xarakterik olan xəsarətlərlə meyitinin kəndin un dəyirmanının həyətində aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Rayon Polis Şöbəsinin və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayonu, Bəydövül kənd sakini Xudiyev Ələsgər Xudu oğlu tutulub.
İstintaq zamanı Ə.Xudiyevin qeyd edilən tarixdə rayonun Alpout kəndində yerləşən un dəyirmanının həyətində S. Abbasovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus "TOZ-25” markalı ov tüfəngi ilə sonuncuya 4 dəfə atəş açaraq qəsdən öldürməsində şübhələr üçün əsaslar olduğundan Ə.Xudiyev iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi