22-12-2014 [15:32]
Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov İsrail mətbuatında Azərbaycanla bağlı dərc olunan yazılara münasibət bildirib.
A. Qasımov "AzərTAc” dövlət agentliyinə müsahibəsində deyib ki, İsrailin mətbu orqanlarında vaxtaşırı olaraq Azərbaycana qarşı qərəzli yazılar dərc olunmaqdadır: "Doğrudan da, İsraildə hökumət-media münasibətlərini nəzərə alanda görürsən ki, bunlar heç də təsadüfi deyil. Xüsusilə, rəsmi strukturların bu cür yazılarla bağlı bir dəfə də olsun belə reaksiya verməməsi bunların rəsmi şəkildə sifariş xarakteri daşıdığını deməyə əsas yaradır.
Mən "Haaretz” və "Jerusalem Post” qəzetlərində gedən məqalələrlə bağlı onu bildirmək istəyirəm ki, olduqca qərəzli, jurnalist etikasından tamamilə uzaq, böhtan xarakterli bu materiallar cəfəngiyatdan başqa bir şey deyil. Heç şübhəsiz ki, bu cür yazılar son zamanlar anti-Azərbaycan kampaniyası aparan qüvvələr tərəfindən maliyyələşdirilib və tam sifariş xarakteri daşıyır. Xədicə İsmayılovanın hüquqlarını guya müdafiə etmək məqsədi daşıyan bu məqalələr, əslində, Azərbaycanda gedən ümumi inkişaf proseslərinə qara yaxmaqdan başqa bir şey deyil. Yaxşı olardı ki, bu məqalələrin müəllifləri öz ölkələrində insan haqları, söz və vicdan azadlığı, ümumilikdə demokratik prinsiplərin pozulması və digər mənfi hallara diqqət yetirsinlər.
Əslində, İsrailin özündə jurnalistlərin fəaliyyəti ilə bağlı vəziyyət olduqca acınacaqlıdır. Beynəlxalq təşkilatların hesabatlarına diqqət etsək görərik ki, İsrailin güc strukturları tərəfindən jurnalistlərlə amansız rəftar, onların həbs olunması və döyülməsi faktları mütəmadi olaraq qeydə alınır. Təkcə builki hadisələrə nəzər salaq.
2014-cü il martın 7-də "France Press” Agentliyinin nümayəndəsinə qarşı qəsd olunarkən güc strukturlarının nümayəndələri buna sadəcə seyrçi qalmaqla kifayətləniblər. 2014-cü il martın 11-də güc strukturları jurnalistlərə nümayişi lentə almağa icazə verməyərək onlara atəş açıb. "Associated Press”in verdiyi məlumata görə, elə həmin gün Qüdsdə etirazları çəkmək istəyən 2 jurnalistin həyatına qəsd edilib. "Reuters” və "Associated Press”in əməkdaşları qəddarcasına döyülüblər.
İsraildə mətbuata tez-tez senzuranın tətbiq edilməsi, jurnalistlərin azad gediş-gəlişinə məhdudiyyətlərin qoyulması kimi faktları da buraya əlavə etmək olar. Maraqlıdır ki, Dünya Mətbuat Azadlığı İndeksinə görə, İsrail 2004-cü ildəki 36-cı yerdən 2013-cü ildə 112-ci yerə düşüb. Ölkədə hakimiyyətin ən yüksək dairələrində ciddi korrupsiya hallarının baş verməsi ilə bağlı mütəmadi olaraq məlumatlar yayılır. İsraildə vətəndaşların bərabər imkanlardan, o cümlədən təhsil imkanlarından məhrum edilməsi, sosial diskriminasiya halları da cəmiyyəti ciddi narahat edən problemlərdəndir.
Mən hesab edirəm ki, bu məqalələrin müəllifləri və bu yazıların arxasında duranlar, əslində, İsrail dövlətinin özünün beynəlxalq imicinə ciddi zərbə vururlar. İsrail hökuməti həmişə Azərbaycanla yaxşı əməkdaşlıq münasibətləri qurmağa çalışdığını bəyan edir. Bu məqalələrin sifarişçiləri, heç şübhəsiz, İsrail-Azərbaycan münasibətlərinə xələl gətirməyi qarşılarına məqsəd qoymuşlar. Onlar beynəlxalq aləmdə Azərbaycanın möhkəmlənən mövqelərini, demokratiyanın təmin olunması sahəsində əldə etdiyi böyük uğurları, bir çox ölkələrə nümunə ola biləcək tolerantlıq və multikulturalizm ənənələrini gözü götürməyən qüvvələrdir.
Azərbaycan müstəqil xarici siyasət həyata keçirir və təcavüzkar Ermənistan istisna olmaqla, bütün dövlətlərlə uğurlu, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlər qurur. Bu da öz növbəsində, yuxarıda adı gedən yazıların arxasında duran qüvvələri ciddi narahat edir. Onlar bilməlidirlər ki, bu cür səylər boş xülyadan başqa bir şey deyil”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi