Əbülfəs Qarayev kadr dəyişikliyi etdi-TƏYİNAT

img

22-12-2014 [13:36]


Mədəniyyət və Turizm Nazirliyində kadr dəyişikliyi olub.

Mia.az xəbər verir ki, nazirlikdən aznews.az-a verilən məlumata görə,Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov tutduğu vəzifədən azad edilərək nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Azərbaycan prezidentinin 18 dekabr 2014-cü il tarixli 409 nömrəli fərmanına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA