Cəzaçəkmə müəssisəsində bunt; türməyə hərbi texnika yeridildi-YENİLƏNİB

img

22-12-2014 [13:18]


Narazılığı yatırmaq üçün müəssisəyə silahlı şəxslər, hərbi texnika göndərilib.

Mia.az xəbər verir ki, 14 saylı cəzaçəkmə müəssisəsində insident yaşandığı barədə İstiqamet.com-a məlumat daxil olub. Bildirilir ki, məhbuslardan birinin nəzarətçilər tərəfindən fiziki işgəncəyə məruz qalması digər məhbusların narazılığına səbəb olub. Məhbuslardan birinin ölümcül döyüldüyü qeyd olunur.

Narazılığı yatırmaq üçün müəssisəyə silahlı şəxslər, hərbi texnika göndərilib. Hazırda müəssisə güc strukturları tərəfindən nəzarətə götürülüb.


Penitensiar Xidmət İdarəsindən İstiqamet.com-a bildirilib ki, 14 saylı cəzaçəkmə müəssisəsində qanunazidd hərəkətin baş verməsi barədə onlarda məlumat yoxdur.

**** 

Bu gün səhər saat 10:00 radələrində 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını pozub. 

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Məlumata görə, onlar digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər. Ədliyyə Nazirliyinin rəhbərliyinə hadisə barədə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Penitensiar xidmətin Baş idarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah edib və qısa zaman ərzində cəzaçəkmə müəssisəində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisənin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb. Penitensiar xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaqdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA