İŞİD azərbaycanlı üzvlərini edam edəcək - VİDEO

img

22-12-2014 [12:49]


Özlərini "İraq Şam İslam Dövləti" adlandıran (İŞİD) terror qruplaşması üzvləri terror təşkilatının Suriyanın ər-Rəqqa əyaləti ərazisində fəaliyyət göstərən, böyük ehtimalla, azərbaycanlı olan dörd üzvünü silahlı üsyana cəhd etmək, qaçmaq, təşkilat üzvlərini qətlə yetirmək, terrorbaşı Əbu Bəkr əl-Bağdadinin ünvanına ittihamlar səsləndirməkdə təqsirləndiriblər.

Bu barədə SalamNews "İŞİD" üzvlərinin "Twitter” səhifələrinə istinadla xəbər verir. "İŞİD"-in yaydığı videoda azərbaycanlılar dinləndirilir. Videoyazıda "Əbuzər", "Əbu Məryəm", "Əbu Yaqub" ləqəbli şəxslər, eləcə də "Ömər" ləqəbli Elvirin etirafları eşidilir. İŞİD videomüraciətin sonunda edamla bağlı Qurandan bir ayəni sitat gətirir. Bu da adıçəkilən azərbaycanlıların təşkilat tərəfindən edam ediləcəkləri barədə ehtimalları artırır. Qeyd olunur ki, azərbaycanlılardan biri "İŞİD" üzvü olan qadınları öldürüb və sonra onu öldürüblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA