21-12-2014 [19:14]
Dekabrın 19-da rəsmi dövlət qəzeti "Azərbaycan” ABŞ-Azərbaycan münasibətlərinə dair məqalə yayıb. Məqalədə iddia olunur ki, 2005-ci ildə də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin rəhbərliyi ilə ölkədə dövlət çevrilişinə cəhd göstərilib: "Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar. Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və "hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələm-tələsik tərk edən səfiri Rino Harniş isə məğlub tərəf oldu”.
Fərhad Əliyev "Media forum” saytına danışaraq məqalənin bu məqamına münasibət bildirib.
2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Fərhad Əliyev bunları deyib:
- Son günlər ABŞ-Azərbaycan əlaqələri təhlil edilərkən haqqımda deyilənlərə aydınlıq gətirməyi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə olan dəyişməz münasibətimi ifadə etməyi özümə mənəvi borc hesab edirəm. Öncə keçən il məni əfv etdiyinə görə cənab prezidentə bir daha öz minnətdarlığımı bildirirəm.
2005-ci ilin oktyabrında baş verən hadisələrlə əlaqədar Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları bir il yarım ərzində istintaq-təhqiqat işləri aparıb. Son 10 il ərzində yerli və xarici mətbuat isə vaxtaşırı olaraq bu hadisələri çox geniş şəkildə işıqlandırıb. Hazırda yeni bir şey baş vermədiyinə görə özümü müdafiə etmək niyyətindən uzağam.
Mən hansısa səfirin və ya diplomatın Azərbaycanda dövlət çevrilişi etmək imkanına malik olmasına inanmıram. Eyni zamanda dünyanın hər yerində lazım gələndə ən xırda məsələlərə münasibət bildirən Amerika kimi nəhəng dövlətin Azərbaycanda dövlət çevrilişi etmək istəyi barədə ittihamlara da cavab verməməsi təəccüb doğurur. Digər tərəfdən cənab prezidentin ABŞ-Azərbaycan əlaqələrinin inkişafı üçün göstərdiyi səylərin, daima mümkün olanın ən yaxşısını etməyə çalışmasının şahidi olduğumdan düşünürəm ki, ABŞ ölkəmizlə münasibətlərə diqqətlə yanaşmalıdır.
Hazırda xaricdə yaşayıram. Bu səbəbdən haqqımda düşünülən, danışılan və yazılan məlumatların çoxundan xəbərim olmur. Lakin zaman bizə keçmişdən dərs çıxarmağı, arxayınçılıqdan uzaq olmağı, mövqeyimizi çox dəqiq və vaxtında ortaya qoymağı öyrədib. Hamının bilməsini istərdim ki, hazırda və gələcəkdə siyasətlə məşğul olmaq niyyətim yoxdur. Özümə mənəvi ata hesab etdiyim ulu öndər Heydər Əliyevin vəsiyyətinə daima sadiqəm. Harada yaşamağımdan və məşğuliyyətimdən asılı olmayaraq, prezident İlham Əliyevlə aydın münasibətlərin olması mənim üçün daha çox əhəmiyyətə malikdir.
Həmişə olduğu kimi prezident İlham Əliyev öz intellektinə, bacarığına, dünyagörüşünə, yüksək idarəetmə qabiliyyətinə görə Azərbaycanın alternativsiz lideridir. İndiyədək keçirilən seçkilər dediklərimin əyani sübutudur. Bu mövqeyimə inanıram və sona qədər öz əqidəmə sadiq qalacağam.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi