İsmayıl Ömərov ittihamlara cavab verdi

img

20-12-2014 [20:42]


İTV-nin sabiq rəhbəri İsmayıl Ömərov barəsində gedən ittihamlara münasibət bildirib. 

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, haqqında ittihamlar səsləndirilən İ. Ömərovun cavabı aşağıdakı kimidir: "Bu,  mənə qarşı növbəti şər-şəbətə, böhtandır. Eyni mövzuda iki il bundan əvvəl "Yeni Müsavat" bir yazı dərc etmişdi. Qəzetin redaktoru Azər Ayxanın özünün bilavasitə araşdırması nəticəsində aydın oldu ki, yazılanlar şər və böhtandır. Azər Ayxan bunu özü telefonla mənə deyib, üzrxahlıq edib.

Əgər "Yeni Müsavat" yenidən zəhmətə qatlaşıb eyni araşdırmanı aparsa, yazılanların yenə də şər-böhtan olduğunu görər. Ona görə hər yoldan ötənin yazılarının tələm-tələsik, araşdırılmadan verilməsi qəzetin özünə baş-ucalığı gətirmir.

Qaldı, Xortdanın cəhənnəm məktublarını xatırladan şər-şəbətənin bu böhtançı müəlliflərinə, onlar bu günlərdə qanun qarşısında cavab verəcəklər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA