Usubov əyalət polisinə Bakıda vəzifə verdi - Təyinat

img

19-12-2014 [18:47]


Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub. 

Hüquq-mühafizə orqanlarından "Report"a daxil olan məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə (CAŞ) yeni rəis təyin edilib. Belə ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis mayoru Əbülfət Abdullayev təyin olunub.

Xatırladaq ki, Suraxanı RPİ, CAŞ-ın keçmiş rəisi, polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov olub. Ə.İsmayılov bir müddət əvvəl işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunsa da, sonradan Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA