"Savadlı kadrların olması ilə yanaşı, onlara tələbat da olmalıdır" - Əli Abbasov

img

19-12-2014 [13:45]


 "Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliyinə görə dünyada 38-ci yeri tutması faktı ölkəmizin əldə etdiyi nailiyyətlərə misal ola bilər". 

Bunu bu gün Bakıda keçirilən Alimlərin I Qurultayında çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. 

Onun sözlərinə görə, ölkədə texnoloji inkişaf istiqamətində bir çox işlər görülüb: "Azərbaycanda savadlı kadrların olması ilə yanaşı, onlara tələbat da olmalıdır. Bunun üçün sənayemiz inkişaf etdirilməlidir. Təsəvvür edin, əgər iqtisadiyyatda kadrlara ehtiyac yoxdursa, o zaman elmin inkişafına da zəmin olmayacaq". 

Ə.Abbasov həmçinin qeyd edib ki, dünyada yüksək texnologiyalarla bağlı təcrübə olduqca genişdir:

"Məsələn, Fransada yüksək texnologiyaya xərclənən hər 1 dollara 0,4 dollar vergidən azadolma güzəşti tətbiq edilir. Bu proses Azərbaycanda da tətbiq edilir - bizdə bu güzəşt 0,2 dollardır. Azərbaycan hazırda əhalinin sayına görə dünyada 90-cı yerdədir, amma ÜDM-in həcminə görə təxminən 60-ci yerdəyik. Bu, çox böyük uğurdur".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA