19-12-2014 [12:21]
YAP icraçı katibinin müavini,
millət vəkili Siyavuş Novruzovun "Unikal” qəzetinə müsahibəsində bir sual-cavab xüsusi diqqəti cəlb eləyib.
Mia.az xəbər verir ki, Siyavuş Novruzova verilən «Maraqlı bir məqam var, YAP-dan, hakimiyyətdən kənarlaşdırılanların bir nömrəli hədəfi Siyavuş Novruzov olur. Onlardan sonuncusu Hüseyn Abdullayev oldu. Deyir ki, Siyavuş Novruzov indi məni tanımır, amma vaxt var idi, hər gün mənim yanımda idi», - sualı hazırda icra başçısı postunda olan bir vəzifəli şəxsi ciddi narahat edib.
Xatırladaq ki, həmin suala S.Novruzov belə cavab verib: «Bütün tərəqqipərvər bəşəriyyət də bilir ki, mən, onu tanımamışam. O adam bizneslə məşğul olub,
sonradan siyasətə gəlib. Məndə olan məlumata görə, deputat seçkilərində
təbliğat kampaniyası ərəfəsində ona köməkliklə əlaqədar partiyaya müraciət
edilib. O vaxt namizədlik üçün iki min imza tələb olunurdu, o da bitərəf idi, partiyanın
namizədi deyildi. Nizami rayonundan namizədliyini irəli sürəndə bizim dostlar
vasitəsilə müraciət etmişdi ki, ona yardımçı olaq. Vəssəlam. Yolda
rastlaşsaydıq, mən o adamı tanımırdım ki, o kimdir. Adı başqa-başqa yerdə
hallanırdı, amma onunla hər hansı bir ünsiyyətim olmayıb».
Mia.az xəbər verir ki, YAP-ın taninmış funksonerinin cavabındakı «Məndə olan məlumata görə, deputat seçkilərində təbliğat kampaniyası ərəfəsində ona köməkliklə əlaqədar partiyaya müraciət edilib. O vaxt namizədlik üçün iki min imza tələb olunurdu, o da bitərəf idi, partiyanın namizədi deyildi. Nizami rayonundan namizədliyini irəli sürəndə bizim dostlar vasitəsilə müraciət etmişdi ki, ona yardımçı olaq. Vəssəlam» sözləri həqiqətdir: «Yəni həqiqətən də Siyavuş Novruzov hazırda Almaniyada mühacir kimi məskunlaşmış Hüseyn Abdullayevi tanımayıb. Və bu da bir faktdır ki, 2005 parlament seçkilərində «Quska» ləqəbli Hüseyn Abdullayevin namizədliyini o zaman YAP-da müəyyən qrup dəstəkləyirdi. Həmin qrup hətta onun qalibiyyəti üçün bütün güclərini də səfərbər etmişdi. Əminəm, o vaxt Siyavuş Novruzovdan da məhz bu qrup və hazırda icra başçısı olan bir nüfuzlu şəxs Hüseyn Abdullayevin xahişini eləyib. Lakin seçkidə yaşanan xoşagəlməz olaylar, həmçinin Hüseyn Abdullayevin axtarışa verilməsi və sair əməlləri sonradan çox gərgin vəziyyəti yaratdı. İndi də həmin icra başçısı hər dəfə Hüseyn Abdullayevin Almaniyadan sərt bir təyinatı səslənəndə, qorxuya düşür. Çünki bu kompromatdan hakimiyyətdəki müəyyən qruplar xəbərdardır. Hətta onu da deyə bilərəm ki, Hüseyn Abdullayevin hələ 2005-də hakimiyyət və onun vahid seçki proqramına qarşı atdığı addımlar Siyavuş Novruzovu da kəskin qəzəbləndirmişdi. Bu qəzəb isə onunla qeyd etdiyim icra başçısının əvvəlki isti münasibətlərinə də kifayət qədər sərinlik gətirib».
Xatırladaq ki, həmin icra başçısının kimliyi və o zamankı hadisələrin təfsilatı haqda da Mia.az-a məlumat verilib. Hələlik isə tərəflərdən münasibət öyrənə bilmədiyimizdən bunlara toxunmadıq.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi