Ramiz Mehdiyevin əsəri DIA-da müzakirəyə çıxarıldı - FOTO

img

18-12-2014 [18:08]


Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan” əsərinin müzakirəsinə həsr olunmuş "dəyirmi masa” keçirilib

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov əsərin tarixi əhəmiyyətindən söz açıb.

Bildirilib ki, akademik Ramiz Mehdiyevin hər yeni əsəri fəlsəfə, tarix, ideologiya və beynəlxalq münasibətlər nəzəriyyəsinə bir töhfədir. Bu fundamental, böyük və ciddi əsərində də müəllif müasir beynəlxalq münasibətlər nəzəriyyəsini zənginləşdirir, dünya siyasətinin əsas tendensiyalarına dair baxışlarını açıqlayır. "İkili standartların dünya nizamı və müasir Azərbaycan” əsərinin DİA-da geniş müzakirəsi təşkil olunub və aktuallığı nəzərə alınaraq onun tədrisi reallaşdırılır.

"Dəyirmi masa”da Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək akademik Ramiz Mehdiyevin yeni əsərini yüksək qiymətləndirib və onu zamanında yazılmış siyasi əsər olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, geniş elmi axtarışlara söykənən əsərdə Azərbaycan dövlətçilik ənənələrinin qorunmasının əsasları və buna maneələr yarada bilən amillər açıq şəkildə göstərilib.

Tədbirdə çıxış edən digər natiqlər də əsərin məziyyətləri barədə fikirlərini bölüşüblər

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA