18-12-2014 [12:02]
Bir müddət əvvəl Moskvada yerləşən "Matrosskaya Tişina” cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verdi.
Azərbaycanda həbsdə olan məşhur qanuni oğru "Lotu Quli" ləqəbli Nadir Səlifovun tərəfdarları "Zayka" ləqəbli Zaur Əliyevə inanılmaz işgəncələr verdilər.
Ancaq Lotu Quli tərəfdarlarının kriminal avtoriteti döymələri cəzasız qalmadı. Ertəsi gün həbsxanaya nəzarət edən "vor zakon” ("smotryaşiy”) Nukri Doçiya (ləqəbi Nukri Qalskiy) tərəfdarları ilə birgə Zaur Əliyevə hücum edənlərdən 7 nəfərini döydülər.
Həmçinin Nazim Hümbətov və Erdak Lənkəranski də cəzalandılar. Konflikt hələ də davam edir. Bəs Rusiya kriminal aləmində birdən-birə peyda olan Zaur Əliyev kimdir, tanınmış oğrulara niyə başağrısı olub?
Yeni qruplaşma
İndiki Rusiya 90-cı illərdəki kimi kriminal bandalarla qaynamır. Slavyan qruplaşmaların sayı xeyli azalıb. Polis orqanları kriminogen duruma əvvəlkindən daha yaxşı nəzarət edirlər. Dəyişməyən yeganə şey Qafqazdan və Orta Asiyadan Moskvaya axın edən kriminal ünsürlərin sayıdır.
Zaur Əliyev Rusiya paytaxtına gələnədək vətəndə 15 il həbs cəzası cəkmişdi. Azərbaycanda qalmaq sərf etmirdi, bütün perspektivlərini Rusiya ilə bağlamışdı.
Təxminən 2 il əvvəl banda topladı. Az bir zamanda başqa qruplaşmaların ərazilərinə soxularaq sıxışdırdılar. Banda reketliklə də məşğul olurdu.
"Məzarını özün qaz”
Rusiya mətbuatının yazdığına görə, Zaykanın bandası sahibkarları lap kinodakı kimi qorxudurdular. Əgər sahibkar aylıq pul ödəməkdən imtina edirdisə, onun əl-qolunu bağlayıb şəhər kənarındakı meşələrdən birinə aparırdılar. Əlinə bel verib qəbir qazdırırdılar. Əgər pul verməyə razı olmasa, elə öz əli ilə qazdığı məzarda basdıracaqlarını deyirdilər. Belə "səhnəcik”, adətən, effekt verirdi.
Banda üzvlərinin əksəriyyəti çox bahalı avtomobillərdə gəzirdi. Heç biri maşınlara görə pul ödəməmişdi. Maşın əldə etməyin də sadə bir sxemi vardı.
Bahalı maşını olan hər hansı bir sahibkar haqda banda informasiya toplayırdı. Zəif cəhətlərini, psixologiyasını öyrənirdilər. Sonra həmin sahibkar Moskvanın mərkəzində hansısa kafedə olarkən onun masasına Zaykanın bandasından olan bir neçə quldur əyləşirdi. Qorxunc görkəmləri, həm də silahları ilə qurban qorxudulurdu. Günün-günorta çağı çəkinmədən paytaxda silah gəzdirən quldur obrazı sahibkarlara, adətən, hipnoz kimi təsir edir. Bir balaca "profilaktik” söhbətdən sonra maşının açarlarını və sənədlərini könüllü olaraq quldurlara verirdi. Demək olar ki, heç bir də şikayət etmirdi. Bandanın qisasından çəkinirdilər.
İaşə obyektləri də orijinal üsulla özlərinə tabe edilirdi. Zaykanın adamları gəlib restoran yaxud kafedə nahar edir. Pulunu verib gedirdilər. Üstündən bir gün keçmiş yenidən kafeyə qayıdır. Obyektin yiyəsinə deyirdilər ki, dünən burada yemək yeyənlər zəhərlənib. Bu adla sahibkarı qorxudub aylıq haq verməyə məcbur edirdilər.
Evindən polis geyimi tapıldı
Zayka "bespredel” imici qazanmışdı. Tabe olmayan sahibkarlar dərhal cəzalanırdı. 2013-cü ilin 18 sentyabrında "Sadavod” bazarında ticarət obyektləri olan Hüseynov familiyalı sahibkar məhz Zaykanın adamları tərəfindən öldürüldü.
2014-cü ilin , 9 sentyabrında qanuni oğru Rövşən Tsomayın ölümmünü də Zaur Əliyevin ayağına yazırlar.
Zayka kimilərini kriminal aləmdə "stremyaqa” adlandırırlar. Yəni zamanla Zayka özü də qanuni oğru adı almağı planlaşdırırdı.
Lakin bazarlar uğrunda savaşda tanınmış qanuni oğrulara da əlcək atmaqdan çəkinmirdi. Deyilənə görə Lotu Quli özbaşınalığına görə Zaur Əliyevə zəng edib iradını bildirmişdi. O isə cavabnda qanuni oğrunu söyərək təhqir etmişdi.
Odur ki, "Matroskaya Tişina” həbsxanasına düşəndə Lotu Qulinin adamları tərəfindən "sındırıldı.”
Həbsdə isə uzun müddət qalacağı indidən bəllidir.
Polis Zayka ilə yaxından maraqlanmağa hələ bu ilin avqustundan başlamışdı.
Həmin vaxtı onun qruplaşması "Bulatnikovski pereezd” bir biznesmeni oğurlamışdılar. Girova görə onun ailəsindən 50 milyon pul qopara bildilər.
6 noyabrda əməliyyatçılar Zaur Əliyev və onun bandasının yerini müəyyənləşdirdilər. Banda üzvləri bilyard salonunda həbs olundular. Saxlanılan zaman Zaykanın üstündə "İJ” tapançası aşkarlandı. Banda üzvlərinin qaldıqları evdə isə daha çox silah vardı. Axtarış zamanı onların evindən "Kalaşnikov” avtomatı, "Makarov” və "Volter” tipli tapançalar, həmçinin "Sayqa” karabini tapıldı.
Bundan əlavə evdən maskalar, hətta polis forması da aşkarlandı.
Rusiya mətbuatı yazır ki, hazırda istintaq davam edir. Banda üzvləri ilə bağlı cinayət işinə hər gün yeni epizodlar əlavə olunur. Odur ki, istintaq yekunlaşandan sonra Zayka və bandasının uzun müddətli həbs cəzası almaları şübhəsizdir.
İlqar Atabəyli




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi