Mehriban Əliyeva “Atəşgah məbədi”ndə! - FOTOLAR

img

17-12-2014 [22:00]


Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar mədəniyyət abidələrinin hazırlığı ilə tanışlıq məqsədilə bu gün "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.

Məlumatda qeyd olunur ki, ilk Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəmizi Avropa bayramı hesab edilən Oyunlar zamanı çoxsaylı qonaqların ziyarət edəcəyi gözlənilir. Bu isə Azərbaycanın, o cümlədən mədəniyyətimizin dünyada daha da yaxşı tanıdılması və təbliği üçün gözəl fürsətdir. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, UNESCO-nun "Dünya irsinin ilkin siyahısı”na daxil edilən "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var.

Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qoruqla tanış olub.

Burada görülən işlərdən razılığını bildirən Mehriban Əliyeva tövsiyələrini verdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA