17-12-2014 [12:12]
Mingəçevir şəhərində baş verən dava bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnib. Hadisə şəhərin Naxçıvan küçəsindəki kafelərdən birində qeydə alınıb. Yeməkxana sahibi 1988-ci il təvəllüdlü Elnur İmanov işlətdiyi obyekti bağlayaraq evə getmək istədiyini deyib və buna görə də müştərilərdən kafeni tərk etmələrini xahiş edib.
Müştərilərdən 1985-ci il təvəllüdlü Toğrul Yusifbəyli kafe sahibi ilə mübahisə edərək bayıra çıxmayağını bildirib. Bu zaman onların arasında mübahisə dava ilə nəticələnib.
Qeyd edək ki, Elnur İmanov yeni ailə həyatı qurubmuş və onun bir aylıq körpəsi olub. Hadisə zamanı Elnur Toğrula deyib ki, bir aylıq körpəsi var, qanını onun üstünə tökməsin. Bu zaman Toğrul onun bir aylıq körpəsini də söyüb. Onun bu hərəkəti Elnuru daha da qızışdırıb.
Dava zamanı kafedə olan Taleh Ədili onları ayırmağa şalışıb. Elnur İmanov Toğrul Yusifbəyliyə bıçaqla ağır xəsarətlər yetirib. Həmçinin, 1983-cü il təvəllüdlü Taleh Ədilini də döş qəfəsindən bıçaq yarası alıb. Hər iki yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, 28 yaşlı Toğrul Yusifbəylini xilas etmək mümkün olmayıb. Taleh Ədili isə həkim müayinəsi nəticəsində sağ qalıb.
Üç maddə ilə ittiham olunan ruhi xəstə
Publika.azxəbər verir ki, Elnur İmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ruhi əsəb xəstəliyindən əziyyət çəkən Elnur İmanov məhkəmə iclasında törətdiyi cinayətin səbəblərini açıqlayıb. O, bildirib ki, Mingəçevir şəhəri Naxçıvan küçəsində mədəniyyət klubunun qarşısında yerləşən kafeni işlədib. Onun sözlərinə görə, iyunun 14-də, axşam saatlarında əvvəllər tanıdığı və normal münasibəti olan Taleh adlı şəxs kafeyə gəlib: "Bundan sonra Elxan adlı şəxs də gəlib və Talehlə birlikdə əyləşib. Bir qədər sonra isə kafeyə əvvəlcədən tanıdığım Toğrul və Elsevər adlı şəxslər gəliblər. Onlar içmək üçün pivə sifariş veriblər. Təxminən saat 00:30 radələrində kafeni bağlamağa hazırlaşdım. Həmin vaxt kafedə Toğrul, Elsevər, Taleh və Elxan bir masa arxasında oturmuşdular”.
"Toğrul dedi ki, məndən yaxşı oğlanla pivə içməyəcəksən ki?”
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt Toğrulgilə yaxınlaşaraq artıq kafeni bağlamaq istədiyini söyləyib. Onun sözlərinə görə, Toğrul onunla birlikdə pivə içməyi təklif edib: "Toğrul dedi ki, məndən yaxşı oğlanla pivə içməyəcəksən ki?. Həmin vaxt Toğrul tamamilə sərxoş idi. Toğrulun bu vəziyyətdə olduğunu gördüyüm üçün onu yola vermək istədim. Bu səbəbdən, onunla birlikdə eyni masa arxasında əyləşdim. Sonra kafedə ofisiant işləyən Şahinə bir qədəh pivə gətirməsini söylədim. Şahin də mənə pivə gətirdi. Pivə içdiyim zaman Toğrul bir qədər əvvəl kafeni bağlamaq istəməyimi mənə irad tutdu. Toğrula artıq gec olduğunu, gecə yarısı kafeni açıq saxlamağa icazə vermədiklərini söylədim”.
"Mənim var-yoxumu söydü”
Təqsirləndirilən şəxs daha sonra Toğrul ilə arasında olan münasibəti belə danışıb: "Toğrul məni nalayiq söyüşlərlə söydü, pivə içməyimi tələb etdi. Bu zaman Toğrulun özündə olmadığını, daha da qızışdığını gördüm. Toğrulun ətrafa toplaşanları gördükcə qızışdığını hiss etdim. Buna görə də kafedə olan şəxslərin kənara çəkilməsini, Toğrulu oradan aparacağımı dedim. Bundan sonra Taleh, Elsevər və Elxan kafeni tərk etdilər. Onlar çölə çıxdıqdan sonra Toğrulu dilə tutaraq onu evlərinə aparmağa çalışdım. Lakin Toğrul yenə də məni söyməyə başladı. Sonra Toğrul mənimlə birlikdə yemək yeməyi təklif etdi. Mən də yemək yemək üçün onlara getməyi təklif etdim. Bu səbəbdən, Toğrulu avtomobilə mindirərək onlara getməyə razı saldım. Toğrul kafedən çıxaraq maşınımda əyləşdi. Həmin vaxt Elsevər maşına yaxınlaşaraq açarı götürdü. Taleh, Elsevər və Elxan bizə yaxınlaşaraq hara getdiyimizi soruşdular. Mən də Toğrulla yemək yeməyə getdiyimi söylədim. Elsevər Toğrula bildirdi ki, Elnur səni dalaşmağa aparır, onunla getmə. Bu zaman Toğrul avtomobildən düşdü. Toğrul mənim var-yoxumu söydü və üstümə hücum çəkərək məni döyməyə başladı”.
"Neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram”
Elnur İmanovun sözlərinə görə, bu zaman Toğrul əli ilə onun boğazından yapışıb və boğmağa başlayıb. O, qeyd edib ki, Toğrul onu döyə-döyə kafenin içərisinə aparıb: "Həmin vaxt Taleh, Elsevər və Şahin bizi aralamağa çalışdılar. Lakin kim bizə yaxınlaşmaq istədisə, Toğrul onu vurub uzaqlaşdırdı. Toğrul idmançı idi. Bu səbəbdən, onunla bacara bilmədim. Toğrul kafenin içərisində məni yerə yıxmağa başladı. Birtəhər Toğrulun altından çıxdım və qaçdım. Bundan sonra özümdə olmamışam, maşından və ya kafedən götürdüyüm bıçaqla Toğrulun üstünə getmişəm. Ona bıçaqla zərbələr vurmuşam. Lakin Toğrula neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram”.
"Talehin köynəyinin qana bulaşdığını gördüm”
Onun sözlərinə görə, bıçaq xəsarəti alan Toğrul hadisə yerindən qaçıb. O, Toğrulun arxasınca getməyib: "Həmin vaxt Taleh bizi ayırmaq istəyib. Toğrul getdikdən sonra Talehin köynəyinin qana bulaşdığını gördüm. Talehə bıçağın necə batdığını bilməmişəm. Bundan sonra kafenin arxasına Toğrulun qaçdığı yerə getdim. Toğrulun yerdə uzandığını, Elsevərin də Toğrulun yanında olduğunu gördüm. Elsevərə təcili yardıma zəng etməsini söylədim. Elsevər də artıq təcili yardıma zəng etdiyini bildirdi. Bundan sonra evə gəlib bu barədə atama söylədim. Sonra isə atamla birlikdə polis şöbəsinə getdik”.
Məhkəmə şahid ifadlərini dinləyəndən sonra hökm elan edib. İdmançı dostunu öldürən gəncin barəsində ittiham hökmü çıxarılmayıb. Hakimlər hadisə zaman Elnur İmanovun anlaqsız olduğu nəticəsinə gəliblər.
Belə ki, onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilib. Elnur İmanova təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin həyata keçirilməsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Hacı Zeynalov
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi